Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər
03.11.10 02:07

Bu gün səhər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Azərbaycandan olan zəvvarların ilk qruppu avtobuslarla Həcc ziyarətinə yola salınıb. KƏLAMİNFO xəbər verir ki, səhər saat 08:00 radələrində zəvvarlarımız yaxınlarının müşahidəsi ilə Bakıda, Hökumət evinin qarşısından 22 avtobusla Məkkəyə yola düşüblər. Sabah isə daha 24 avtobus Azərbaycandan Məkkəyə yola salınacaq. Qeyd edək ki, bütövlükdə iki gün ərizində Azərbaycandan Həcc ziyarətinə 46 avtobus yola salınacaq. “Həmçinin bu gündən başlayaraq təyyarə ilə ziyarətə gedəcək zəvvarlar ümumilikdə 4 reys olmaqla noyabr ayının 3-ü, 4-ü və 5-də ziyarətə yola düşəcəklər. Ümumilikdə bu il Azərbaycandan Həcc ziyarətinə 2 min nəfər zəvvar yola düşəcək. Onlardan 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə yola salınacaq”. Xatırladaq ki, ziyarətə avtobusla getmək istəyənlər 2500 AZN, təyyarə ilə getmək istəyənlər isə 3500 AZN ödəməli olublar. Azərbaycan zəvvarlarının misiya rəhbəri QMİ-nin sədr müavini Hacı Salman Musayev təyin olunub.Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə yola salınacaq zəvvarlarımız Bakı-Ciddə reysi ilə, avtobusla ziyarətə gedəcək zəvvarlar isə Gürcüstan, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı Krallığı marşurutu ilə gedəcəklər. Bütün müsəlman dünyasında Qurban Bayramı cari ilin noyabr ayının 16-17-də qeyd ediləcək.
URL / WWW
http://kelam.az/article/a-2285.html