Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bu gün ABŞ Konqresinə seçkilər keçirilir
03.11.10 02:06

Bu gün ABŞ-da Konqres seçkiləri keçirilir. Birləşmiş Ştatlar boyunca Konqres seçkiləri kampaniyası artıq başa çatır. KƏLAMİNFO xəbər verir ki, səsvermə bu gün Bakı vaxtı ilə günorta saatlarında başlayacaq. Bu arada rəy sorğuları göstərib ki, seçkilərdə prezident Barak Obamanın Demokratlar Partiyası Nümayəndələr Palatasında nəzarəti itirə bilər və onların Senatda nəzarət uğrunda kampaniyasının da gərgin olacağı bildirilir. Bu seçkilər ABŞ-da prezidentlik müddətinin ilk yarısı ötdükdən sonra keçirilir və “müddətyarısı seçkilər” adlanır. Prezident seçkilərində demokratlara səs vermiş amerikalıların çoxu artıq B.Obama adminstrasiyasından narazıdır. Bir çox respublikaçılar bu seçkilərdə populist və ultra konservativlərin Tea partiyası tərəfindən kölgədə qalıb. Adı “çay” kimi tərcümə olunan bu partiyanı dəstəkləyənlər, rəy sorğularına görə, əsasən ağlar və daha çox evli, yaşı 45-dən yuxarı olan kişilərdir.
URL / WWW
http://kelam.az/article/a-2284.html