Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ETSN Kür çayında apardığı ölçmə işlərinin nəticəsini açıqlayıb
01.11.10 16:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının cari ilin 26 may tarixində apardıqları ölçmə işlərinin nəticəsinə görə, Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 4,46 m və ya 24,62 mBS, ümumi su sərfi 920 m3/s, axının orta sürəti 1,20 m/s, suyun maksimal sürəti isə 1,92 m/s təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Araşdırmalara görə, Mərkəzi Aran rayonlarında yağıntıların miqdarı aprel ayında normadan 2-4, may ayında 1,5 dəfə çox müşahidə edilib. Ölçmələr nəticəsində Kür çayına daxil olan ümumi suyun (292 m3/s) paylanma sərfinin yeni qolda 165 m3/s, Bala Kürdə 114 m3/s, Ana Kürdə isə 8 m3/s olduğu qeydə alınıb. Bundan əlavə, cari ilin may ayında Kür çayından ümumi su sərfinin paylanmasının faizlə miqdarı Bala Kürdə 37%, Ana Kürün qoltuq körfəzinə çıxan təbii qollarında 20% təşkil edirdisə, hazırda bu göstəricilər müvafiq olaraq 39% və 3% təşkil edib. Kür çayının yeni kanalında və onun dənizə töküldüyü yerdə aparılan monitorinq işlərinin nəticəsindən isə belə qənaətə gəlmək olar ki, yeni açılmış kanaldan daha çox su keçməyə başlanıb. Belə ki, may ayında çayda olan ümumi suyun 32%-i yeni kanal vasitəsilə dənizə axıdılırdısa, hazırda bu rəqəm 56% təşkil edir. Eyni zamanda, Kür çayı su rejiminə görə daşqın əmələ gətirən çaylar qrupuna aid olduğundan çayın daim özü ilə qum və lil gətirməsi də nəzərə alınmalıdır.
URL / WWW
http://kelam.az/article/a-2282.html