Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK sədri Hidayət Orucov Kuveytdə səfərdə olub
02.11.10 02:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Kuveytdə səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Küveytdəki səfirliyindən veriblər. Küveyt Dövləti Baş nazirinin hüquq məsələləri üzrə müavini, ədliyyə, vəqflər və islam işləri naziri Raşid Abdel Mohsen Əl-Hamadın dəvəti ilə həyata keçirilən səfər zamanı H.Orucovu Küveyt Dövlətinin Baş naziri Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah qəbul edib. Görüşdə Baş nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Küveyt Dövlətinə və xalqına böyük rəğbət bəslədiyini bildiyini və bütün Küveyt xalqının həmin münasibətə görə təşəkkür etdiyini, bunu dərin hörmət və ehtiramla qəbul etdiyini vurğulayıb. Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri zamanı ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq təməlinin qorunub saxlanıldığını və inkişaf etdiyini böyük məmnunluqla dilə gətirib. Baş nazir Küveyt hökumətinin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu xüsusi qeyd edib. Azərbaycanla Küveyti bir çox amillərin birləşdirdiyini, bunların arasında dini birliyin əhəmiyyətli rol oynadığını söyləyən H.Orucov keçirdiyi görüşlərdə iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparıldığını qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-2281.html