Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə dair protokol imzalanıb
28.10.10 18:39

Bu gün Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanda keçirilən Özbəkistan Kinosu Günlərinin yekunlarına həsr olunan mətbuat konfrası keçirilib. KƏLAMİNFO xəbər verir ki, mətbuat konfrasında Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, “Özbəkkino” Milli Agentliyi Baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Qasımov, Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov və digər şəxslər iştirak ediblər. Mətbuat konfrasında bildirilib ki, Özbəkistan kinosu günləri çərçivəsində Azərbaycanda bir sıra filmlər nümayiş olunub, görüşlər keçirilib, hər iki ölkənin kino sahəsində əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. O da əlavə edilib ki, hər iki ölkənin kino rejissorlarının birgə təşəbbüsü ilə yeni filmin də çəkilməsi nəzərdə tutulub. Qonaqlar Azərbaycana səfər təəssüratlarını bölüşüb, Özbəkistan kinosu günlərinin uğurla başa çatdığını söyləyiblər. Sonda qonaqlara Azərbaycan həqiqətlərini və bir sıra kinoları özündə əks etdirən hədiyyələr təqdim edilib. Qeyd edək ki, sonda əməkdaşlıq haqqında protokol imzalanıb. Xatırladaq ki, oktyabrın 25-28-i tarixlərində Azərbaycanda Özbəkistan Kinosu Günləri keçirilib.
URL / WWW
http://kelam.az/article/a-2277.html