Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » DİA-da Rusiyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
29.10.10 02:37

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüş olub. DİA-nın mətbuat və informasiya xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə ali təhsil ocağının tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev ölkələrimiz arasında təhsil sahəsində aparılan islahatlar və ikitərəfli əlaqələrin önəmindən danışıb. Öz növbəsində qonaq səmimi görüşdən razı qaldığını bildirib və iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün layihələrdən bəhs edib. O, gələcək planlardan da bəhs edib və əlavə edib ki, Rusiya Dövlət Qulluğu Akademiyası və Xalq Təsərrüfatı Akademiyası ilə ikitərəfli mübadilə proqramlarının hazırlanması üzərində iş gedir.
URL / WWW
http://kelam.az/article/a-2274.html