Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ETSN-nin “Qaynar xətt”inə yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 müraciət daxil olub
29.10.10 00:37

Cari ilin III rübü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 sayda müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Müraciətlər ETSN-nin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Ağacların kəsilməsi ilə bağlı daxil olmuş 9 şikayət ilə əlaqədar qeyd olunan ərazilərə baxış keçirilib və heç bir ağac qırıntısı faktı aşkar olunmayıb. Bundan başqa, ağacların aşma təhlükəsinin olması ilə bağlı daxil olmuş 78 şikayətdən 6-da ağacların aşdığı və aidiyyəti qurumlar tərəfindən doğranaraq daşındığı müəyyən edilib, 6 müraciət üzrə ağacların təhlükə yaratması barədə faktlar təsdiq edilməyib. 10 şikayət zənglərinə müvafiq olaraq müraciətlərdə qeyd olunmuş ərazilərə baxış keçirilərək əsasən qovaq ağaclarının köküstə quruması müşahidə olunub və təhlükə yaradacağı təsdiq olunaraq əvəzinə bir neçə gənc və uzunömürlü ağac əkilməsi şərti ilə kəsilməsi məqsədəmüvafiq hesab edilib. 51 şikayətlə bağlı yerində araşdırma aparılıb və təhlükə yaradan ağacların inkişafda olması nəzərə alınaraq onların təhlükəsiz səviyyədə, Dövlət Ekspertiza İdarəsinin rəyinə əsasən budanması razılaşdırılıb və rəyin icrasının təmin edilməsi üçün müraciət edən vətəndaşlar Bakı şəhəri İH Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yönəldilib. Daxil olmuş 2 şikayət ağaclarda ziyanverici həşaratların zərərsizləşdirilməsi barədə olub. Ağacların aşma təhlükəsi ilə bağlı daxil olan 3 şikayət hazırda icra olunur və qısa zaman ərzində Dövlət Ekspertiza İdarəsi tərəfindən müvafiq rəy bildiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2273.html