Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu gün “Gümüş maska” Müasir İncəsənət Sərgisinin açılışı olacaq
29.10.10 02:36

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasından səmərəli surətdə istifadə edilməsi, teatrın yaradıcı insanların toplaşdığı, müxtəlif tədbirlərin, görüşlərin keçirildiyi mədəni istirahət məkanlarından birinə çevrilməsi, gənc, istedadlı rəssamların yaradıcılığının dəstəklənməsi, təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə “Gümüş maska” Müasir İncəsənət Sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirlityinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərginin açılışı bu gün saat 17:00-da Dövlət Gənc Tamaşaçılar Teatrının binasında olacaq. Gənc rəssamlar Gündüz Ağayev, Təkin Əfəndiyev, İnarə Rəsul və heykəltəraş heykəltəraş Məmməd Rəşidovun müasir incəsənət əsərləri (rəngkarlıq, kiçik həcmli heykəltəraşlıq, installyasiya və s. ) sərgidə nümayiş etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2272.html