Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-da “Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda müzakirəli görüş təşkil olunacaq
27.10.10 19:14

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, layihə çərçivəsində oktyabrın 29-da “Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda müzakirəli görüş təşkil olunacaq. Mərkəzin konfrans zalında keçiriləcək tədbirdə əsas məruzəçi qismində Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev çıxış edəcək. XİN-in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda səfir Azərbaycan-Özbəkistan münasibətləri, iki ölkə arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışacaq, iştirakçıların suallarını cavablandıracaq.
URL / WWW
http://kelam.az/article/a-2271.html