Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfərinin proqramı açıqlanıb
27.10.10 19:14

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin proqramı açıqlanıb. KƏLAMİNFO Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, rəsmi səfər sabah baş tutacaq. Səfər prezident İlham Əliyevin Ukraynalı həmkarı Viktor Yanukoviç ilə birlikdə Şöhrət Meydanında Naməlum Əsgərin məzarına əklil qoyması ilə başlayacaq.Sonra prezidentlər Ukraynada Qolodomor qurbanlarının xatirəsini yad edəcəklər. Dövlət başçısı İlham Əliyevin rəsmi qarşılanma mərasimi Prezident Administrasiyasının önündə baş tutacaq. Səfər proqramına görə, qarşılanma mərasimindən sonra prezidentlər təkbətək görüş keçirəcək, daha sonra isə Azərbaycan-Ukrayna Prezidentlər Şurasının 2-ci iclası olacaq. İclasdan sonra iki ölkə arasında müxtəlif sahədə əməkdaşlığa dair bir sıra dövlətlərarası sənədlərin imzalanması nəzərdə tutulur. Mərasimdən sonra prezidentlər jurnalistlərin suallarını cavablandıracaqlar.
URL / WWW
http://kelam.az/article/a-2270.html