Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rumıniyada Azərbaycanla bağlı Beynəlxalq konfrans keçirilib
27.10.10 19:14

Rumıniyada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ilə bağlı Beynəlxalq konfrans keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Ruminiyadakı səfirliyindən veriblər. Tədbir Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi, Rumıniyadakı səfirliyin və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə paytaxt Buxarestdə baş tutub. Tədbir dörd paneldən ibarət olub: “Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: Çağırışlar, siyasətlər və gələcək öhdəliklər”, “Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması”, “Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etimadlı və strateji tərəfdaş kimi” və “Qloballaşma dövründə Qara Dəniz və Xəzər Dənizi regionlarında əməkdaşlıq. Milli perspektivlər”. Konfransda Rumıniya Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri, Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi, Enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfir, Rumıniyanın digər yüksək səviyyəli rəsmiləri, 32 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, Qara Dəniz-Xəzər Dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun rəhbərliyi, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin direktor müavini və “Nabukko Beynəlxalq Qaz Boru xətti Konsorsiumu”nun ictimai işlər departamentinin direktoru iştirak edib. Tədbirdə həmçinin, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin IV Ərazi şöbəsinin müdiri S.Hümbətov, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının prezidenti İ.Hacıyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirov və mərkəzin tədqiqatçısı A.Əsgərzadə çıxış ediblər. Konfransa həmçinin Rumıniyada təmsil olunan enerji şirkətlərinin, qeyri-hökumət təşkilatları, müxtəlif elmi-təhlil və strateji araşdırma mərkəzlərinin, institutların nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qatılıblar.
URL / WWW
http://kelam.az/article/a-2268.html