Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ünvanlı dövlət sosial yardımların birdəfəlik verilməsi nəzərdə tutulub
28.10.10 02:14

Azərbaycanda 127 634 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elnur Kələntərli bildirib. Onun sözlərinə görə, həmin ailələrin hər birinə ayda orta hesabla 108,38 manat ünvanlı yardım ödə¬nilib. E.Kələntərli bildirib ki, ölkəmizdə ünvanlı yardım alan hər bir ailə üzvünə isə 23,96 manat ünvanlı dövlət sosial yardım düşüb. O əlavə edib ki, yardım alanların 41,1%-i tərkibində 3 və daha çox uşaq olan ailələrdir. E.Kələntərli həmçinin əlavə edib ki, nazirlik tərəfindən Azərbaycanda aztəminatlı ailələr üçün özünə dəstək monitorinqi keçirilir. Onun sözlərinə görə, apardığımız araşdırmalar nəticəsində məlum olub ki, ünvanlı dövlət sosial yardımlarını alan ailələrin gəlirlərinin 50%-i dövlət hesabından gələn gəlirlərdir. “Bunun üçün nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımından bəhrələn Azərbaycan vətəndaşları üçün yardımın birdəfəlik 1 illik məbləğinin verilməsi nəzərdə tutulub. Birdəfəlik məbləğ ailələrə verildikdən sonra pulları hara xərcləmələri haqqında da məlumat alınacaq. Sosial yardımların verilməsi ilk öncə 3 pilot rayonda həyata keçirilməsi planlaşdırılır. Bu 3 pilot rayonun adları dəqiqləşdirilir”,-deyə E.Kələntərli söyləyib.
URL / WWW
http://kelam.az/article/a-2265.html