Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil naziri buraxılış imtahanlarının təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə əmr imzalayıb
28.10.10 02:14

Təhsil naziri Misir Mərdanov ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Əmrə görə, 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahan¬ların¬dan qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahan¬la¬rının mər¬kəz¬ləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə yerlərdə təlimati iş aparmaq üçün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri üzrə 313 nömrəli məktəb və Təhsil Problemləri İnstitutunun əmkdaşları müxtəlif bölgələrə ezam edilib.Qeyd edək ki, cari il 19-26 oktyabr tarixlərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış siniflərində təhsil alan şagirdlər, onların valideynləri və imtahan aparılacaq fənlərdən dərs deyən müəllimlərlə təlimatı iş aparılıb. Şagirdlər, valideynlər və onların fənn müəllimləri arasında maarifləndirmə işinin mütəmadi aparılması ilə əlaqədar müvafiq rayon Təhsil şöbələrinin müəyyən etdiyi metodistlər təlimatlandırılıb və onlara zəruri tapşırıqlar verilib.
URL / WWW
http://kelam.az/article/a-2264.html