Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Dövlət və Din” ictimai fikir toplusunun 5-ci sayı işıq üzü görüb
28.10.10 02:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə 5-ci sayı işıq üzü görüb. DQİDK-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, toplu prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki ilə açılır. “Rəsmi guşə”də, həmçinin prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi, Şeyxülislam Allahşükür Paşazadənin Ramazan ayı münasibətilə təşkil etdiyi iftar mərasimində olması haqda məlumat verilib, dövlət başçısının iftar mərasimindəki nitqi geniş işıqlandırılıb. Əvvəlkilərdən fərqli olaraq, bu sayda rus dilində iki məqalə verilib. “Azərbaycan gerçəkliyi” adlı ikinci bölmədə oxucular “Təktanrılıq - Dədə Qorqud dindarlığı”, “Azərbaycan türkcəsində ilk Quran təfsiri”, “Şahdağ xalqları: toy adətləri, yas mərasimləri”, “Azərbaycan ədəbiyyatının əlyazma mətnlərində mərsiyə janrı” yazıları ilə tanış ola bilərlər.“Cəmiyyət və din” rubrikasında Musa Quluzadənin “Sovet hakimiyyətinin Azərbaycanda dini ayinlərə və mərasimlərə qarşı mübarizəsi”, Kamil Qurbanlının “Geopolitik maraqların həyata keçirilməsində din amili”, Vasif Sadiqlinin “İlham nədir?”, Səlahəddin Xəlilovun “İslam dünyasında elm: Şərq və Qərb dəyərləndirmələrində təzadlar” və digər yazılar yer alıb. “İslam həqiqətləri”, “Dinlər, təriqətlər, cərəyanlar və təlimlər” rubrikalarında da oxucuların digər maraqlı yazılarla tanış olmaq imkanı var. Qeyd edək ki, toplunun bu sayında da ənənəvi olaraq dini terminlərin izahlı lüğətinin davamı dərc olunub.
URL / WWW
http://kelam.az/article/a-2261.html