Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Azərbaycanı müharibədən çəkindirmək üçün “strateji nəzarət sistemləri” yerləşdirilir
27.10.10 19:11

Azərbaycanı hazırkı şəraitdə silahlı hücumdan çəkindirmək üçün Ermənistan “strateji nəzarət sistemləri” yerləşdirməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bunu rus mətbuatına açıqlamasında Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bildirib Onun fikirincə, belə şəraitdə regionda təhlükəsizlik şəraitinin saxlanmasında maraqlı olan qüvvələr indiki sülhü qorumaqda iştirak etməlidirlər. “Azərbaycanın silahlı qüvvələrinin büdcəsinin artırması hələ ordunun döyüş qabiliyyətinin də yüksəlməsi demək deyil. Təkcə orduya çox pul vermək və silahlar almaqla qalib gəlməyin mümkün olduğunu düşünmək sadəlövhlükdür. Azərbaycanın son illər Qarabağ münaqişəsini hərbi yolla həll etmək hazırlıqlarından təkcə Ermənistan yox, dünya ictimaiyyəti də narahat olmalıdır. Mümkün müharibənin nəticələri bütün regionda fəlakətli nəticələrə gətirib çıxarar. Ermənistanın özünün təhlükəsizliyi ilə bağlı aydın fikirləri var. İrəvan hazırkı təhlükələri real qiymətləndirir və onları necə neytrallaşdıracağını bilir”,-deyə D.Tonoyan iddia edib. Lakin, erməni nazir müavini bu cür ümumi fikirlər arxasında konkret hansı addımlar dayandığı haqqında bir söz deməyib.
URL / WWW
http://kelam.az/article/a-2260.html