Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlunun Çinə səfəri başlayır
27.10.10 02:30

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çinə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabah başlayacaq səfər 7 gün davam edəcək. ƏDavudoğlu Çin proqramına Kaşqar şəhərindən başlayacaq. O, Sincan-Uyğur bölgəsini ziyarət edəcək ilk Türkiyə xarici işlər naziri olacaq. Ə.Davudoğlu "Divani-Lüğəti-Türk"ü yaradan Mahmud Kaşqarlının türbəsini ziyarət edəcək. Türkiyənin xarici işlər naziri tarixi Şian şəhərinə və paytaxt Pekinə də gedəcək. Nazir Şanxay EXPO sərgisinin qapanış törənində iştirak edəcək. Bu səfərlə baş nazir Rəcəb Tayyib Ərdoğanla çinli həmkarı Ven Xiabaonun razılaşdırdığı strateji əməkdaşlıq deklarasiyası da funksionallıq qazanacaq.
URL / WWW
http://kelam.az/article/a-2256.html