Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman “Xəzər” İnformasiya Mərkəzinin direktorunu qəbul edib
26.10.10 02:52

Ombudsman Elmira Süleymanova Londondakı “Xəzər” İnformasiya Mərkəzinin direktoru Gerald Frostu onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə E.Süleymanova qonağa rəhbərlik etdiyi qurumun mandatı, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı və digər məsələlərlə bağlı məlumat verib. O, qonağın ölkədə qadın hüquqlarının müdafiəsi, qadınların idarəetmədə iştirakı ilə bağlı sualını cavablandıraraq, son bələdiyyə seçkilərində Azərbaycanın yerli özünüidarəetmə orqanlarına seçilən namizədlərin orta hesabla 26,6 faizini qadınların təşkil etdiyini və bu göstəricinin əvvəlki seçkilərə nisbətən xeyli yüksək olduğunu vurğulayıb. Müvəkkil müvafiq nazirlik və komitələrdə, yerli özünüidarəetmə orqanlarında, o cümlədən rayon icra hakimiyyətlərində qadınların yüksək vəzifələrdə çalışdığını diqqətə çatdırıb. O, idarəçilikdə qadınların fəallığının, təmsilçiliyinin artırılmasının ölkəmizdə gender siyasətinin uğurla gerçəkləşdirilməsinə kömək edəcəyini söyləyib. E.Süleymanova ölkəmizdə həyata keçirilən dövlət siyasətində uşaqlara göstərilən diqqət, məhkəmə-hüquq islahatları və digər həyata keçirilən tədbirlər barədə də məlumat verib. Ombudsman təsisatında hazırlanan hüquqi ədəbiyyat qonağa təqdim olunub. Qonaq Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirib, səmimi qəbul, ətraflı fikir mübadiləsi üçün təşəkkürünü bildirib.
URL / WWW
http://kelam.az/article/a-2249.html