Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu gün Azərbaycanda Öbəkistan kinosu günləri başlayır
26.10.10 02:52

Bu gün Azərbaycanda Özbəkistan kinosu günləri keçirilməyə başayır. Bu münasibətlə “Özbəkkino” Milli Agentliyinin Baş direktorunun müavini Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətindən veriblər. Nümayəndə heyətinə Özbəkistanın xalq artisti Ulmas Əlixodjayev, əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov daxildir. Bununla bağlı Dövlət Film Fondunda da özbək qonaqlarla görüş olacaq. Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Sabah Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, “Azərbaycanfilm” kinostudiyasında görüşləri olacaq. Qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayı, Müasir İncəsənət Muzeyinə baş çəkəcək, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər. Azərbaycanda Özbəkistan kinosu günləri çərçivəsində nümayəndə heyətinin oktyabrın 27-də İsmayıllı şəhərinə səfəri planlaşdırılır. Səfərin sonuncu günü “Qala” tarix- etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı mətbuat konfransı keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2246.html