Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində fəallıq əvvəlki illərlə müqayisədə çox zəifdir”
22.10.10 20:01

Hazırda Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində fəallıq ötən illərlə müqayisədə çox zəifdir və bu yaşı heç nə vəd etmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E.Məmmədyarov qeyd edir ki, münaqişə təkcə Azərbaycan və Ermənistanın deyil, bütün bölgənin inkişafına mane olur və regionda sabitliyə, təhlükəsizliyə ciddi təhdid yaradır. “Ermənistanın mövqeyi hələ də qeyri-müəyyəndir. Onlar həmsədrlərin təkliflərinə nə hə, nə də yox deyirlər. Azərbaycan xalqının öz müqəddəratını təyinetmə prinsipini ATƏT-in Helsinki Yekun Aktının prinsiplərindən biri kimi qəbul edir. Lakin torpaqlar işğal edilirsə, ölkənin ərazi bütövlüyü pozulursa, biz bunu qeyri-mümkün hesab edirik. Öz müqəddəratını təyinetmədən danışarkən erməni tərəfi önəmli bir məqamı da nəzərdən qaçırır. Yalnız erməni icması öz müqəddəratını təyin edə bilməz, buna iki icma bərabər qərar verməlidir. Azərbaycan kompromis kimi DQ-a yüksək muxtariyyət statusu verməyə hazırdır. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Məsələn, BMT-nin, Avropa Şurasının qətnamələri və Avropa Parlamentinin son qətnaməsini missal göstyərmək olar. Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək. Bizim buna gücümüz və mənəvi haqqımız da çatır”,-deyə nazir vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2243.html