Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb
06.11.09 23:49

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu, Dövlət Neft Şirkəti və Azərbaycan Geoloqlarının Milli Komitəsinin keçirdiyi “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb. Bu münasibətlə bu gün Geologiya İnstitutunda müsabiqənin nəticələrinə dair tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İnstitutdan veriblər. Tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, müsabiqə gənc geoloq-alim, aspirant, magistr və bakalavrlar üçün nəzərdə tutulub. Onu keçirməkdə məqsəd elmi tədqiqatlara meyl göstərən istedadlı gənclərin aşkar edilməsi və onlara dəstək verilməsidir.Müsabiqəyə yer elmləri üzrə 9 istiqamətdə 11 elmi məqalə təqdim olunub. Mükafatı 700 manat olan birinci yerə heç bir elmi məqalə layiq görülməyib. İkinci yeri Geologiya İnstitutunun əməkdaşları – geologiya-mineralogiya elmləri namizədləri Qulam Babayev və Xalid Məlikov tutaraq hər biri 500 manatla təltif olunublar. Geologiya İnstitutunun kiçik elmi işçisi Fuad Əliyev öz məqaləsi ilə üçüncü yerə layiq görülərək 300 manat əldə edib. Yeddi nəfər isə həvəsləndirici mükafat kimi, ayrı-ayrılıqda 100 manat qazanıb.
URL / WWW
http://kelam.az/article/a-224.html