Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BSU-da “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpozium keçirilir
23.10.10 03:01

Bakı Slavyan Universitetində bu gündən etibarən Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpoziumu keçirilir. KƏLAMİNFO xəbər verir ki, “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpoziumuna Türkiyənin Qazi və İstanbul Kültür Universitetlərindən 24 professor və aparıcı elmi işçi qatılıb. Tədbirdə çıxış edən BSU-nun rektoru Kamal Abdulla bildirib ki, konfransda iştirak edən hər bir ölkənin nümayəndəsi Azərbaycan haqqında məhəbbət və təəssüratlarını uzaq Avstraliyayadan başlayaraq bizə yaxın olan Türkiyəyə qədər aparacaqlar. O, BSU-da təşkil olunan hər bir konfransın məqsədinin beynəlxalq arenaya çıxmaq olduğunu söyləyib. Qazi Universitetinin professoru İsmət Çətin bildirib ki, bu simpozium 2000-ci ildən etibarən Bakı Slavyan Universiteti ilə Qazi Universiteti ilə imzalanmış layihənin davamıdır. “Bir ay əvvəl hər iki universitet 5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən müəllim və tələbə mübadiləsi olacaq. TÜRKSOY-a üzv xalqlar arasında bütün sahələrdə işbirliyi və ortaq bir dil, davranış qurmaq məqsədilə bu layihəni hazırladıq. Bilirik ki, dünya dilləri fransız, ərəb, alman dilləri içərisində ən çox istifadə edilən dil türk dilidir. Türk dili və ədəbiyyatının tədrisi” beynəlxalq simpoziumunun məqsədi Misirdə, Türkiyə, Azərbaycanda danışılan türk dilinin ortaq başa düşülən dil olmasına qərar verməkdir“,-deyə İ.Çətin qeyd edib. Hər iki ölkənin tanınmış türkoloq alimlərinin, müəllim və tələbə heyətinin qatıldıqları bu simpoziumda tələbələrə hərbi və milli-vətənpərvərlik hisslərinin aşılanmasında, onların siyasi dünyagörüşlərinin və estetik düşüncələrinin, pisixologiyalarının milli ruhda köklənməsində türk dilli ədəbiyyatının əhəmiyyətindən danışılıb. Konfrans çərçivəsində tədbirdə iştirak edən alimlərin bir qisminin Bakı Slavyan Universitetinin tələbə və magistrantları üçün müxtəlif mövzulu 13 ustad dərslərin keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, konfrans iki gün davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-2237.html