Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » E.Nalbandyan: "Qarabağla bağlı müzakirələrin birdən-birə məhv olması İrəvan üçün sarsıdıcı olar"
22.10.10 19:57

ATƏT-in Minsk Qrupu tərəfindən müzakirələr davam edərkən Ermənistan parlamentindən gündəliyindən Dağlıq Qarabağın tanınmasının çıxarılması lazımdır. Əks-halda bu Ermənistanın problemlə bağlı perspektivlərini zərbə altına alır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün jurnalistlərə verdiyi açıqlamasında bildirib. O, qeyd edib ki, hazırkı müzakirələrin birdən-birə məhv olması İrəvan üçün sarsıdıcı olar. "Biz Azərbaycanın müharibə təhdidlərinin azaldıması üçün Minsk Qrupunun fəaliyyətini dəstəkləmək məcburiyyətindəyik. Ona görə də, bu üç böyük vasitəçi dövlətə ümidlərimiz də böyükdür",-deyə erməni nazir vurğulayıb. E.Nalbandyan yenə riyakarlığa əl ataraq bildirib ki, bu il Sankt-Peterburq görüşlərində Ermənistan tərəf yenilənmiş Madrid prinsiplərini qəbul edib."Azərbaycan tərəf isə, orada əksər müddəalar ilə razılaşmır",-deyə o, iddia edib. Qeyd edək ki, prezidentlərin yanvar ayında Sankt-Peterburq görüşlərində Azərbaycan problemlə bağlı yenilənmiş Madrid prinsiplərini kiçik istisnalarla qəbul edib, lakin Ermənistan prezidenti yanvar ayında fikirləşmək üçün iki həftə vaxt istəməsinə baxmayaraq, hələ də İrəvandan səs çıxmır.
URL / WWW
http://kelam.az/article/a-2236.html