Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gəncədə “İKT-yə üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda konfrans keçirilir
22.10.10 03:10

Bu gün Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda Beynəlxalq elmi konfrans işə başlayır. KƏLAMİNFO xəbər verir ki, konfransda İKT üzv ölkələrində qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirlər tədqiq və müzakirə ediləcək. Qeyd olunan konfransda Suriya, BƏƏ, Türkiyə, Misir, Bəhreyn, Malayziya, İordaniya, Banqladeş, Qazaxıstan, Özbəkistan və İSESCO-dan nümayəndələrin iştirakı nəzərdə tutulur. Azərbaycan tərəfindən isə tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin, İqbal” İctimai təşkilatının, “Millenium Turizm Congress” turizm şirkətinin nümayəndələri müvafiq mövzular üzrə təqdimatlar keçirəcəklər. Konfrans “Ramada Plaza Ganja’” mehmanxanasında keçirilir.
URL / WWW
http://kelam.az/article/a-2232.html