Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Muzey Mərkəzində “7-ci mərtəbə” adlı sərgi keçiriləcək
21.10.10 03:04

Oktyabrın 22-də Muzey Mərkəzində “7-ci mərtəbə” adlı sərgi və eyni adlı kataloqun təqdimat mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu sərginin və kataloqun çap edilməsi ideyası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığına əsasən yaranıb. Sərginin adı şərti olaraq, rəssamların emalatxanalarının yerləşdiyi 7-ci mərtəbədən götürülüb. Sərgidə N.Məmmədov, T.Qəzənfərov, Y.Sultanov, R.Salamov, M.Mustafayev, H.Haqverdiyev, A.Hüseynzadə, E.Əsgərov, Na.Bayrışov, F.İbrahimli, E.Muradzadə, A.Tağıyev, T.Quliyev, N.Səfərov, B.Xəlilovun əsərləri nümayiş etdiriləcək. Hər bir rəssamın əsərlərindəki fərqli rənglər, obrazlar, hiss və duyğular Azərbaycan incəsənətinin ənənələrinin zənginliyindən, müasir rəssamlarımızın geniş dünyagörüşü, incə zövqü və məharətindən xəbər verir. Sərgi oktyabrın 28-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-2229.html