Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Ümumdünya Statistika Günüdür
20.10.10 20:04

Bu gün Ümumdünya Statistika Günüdür. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, BMT-nin BA-nın 64/267 nömrəli qətnaməsinə əsasən 2010-cu il oktyabr ayının 20-i Ümumdünya Statistika Günü elan edilib və onun “Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi” mövzusu üzrə keçirilməsi qərara alınıb. Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini rəsmi təsdiq edib. BMT-nin Baş katibi Pan Gi Mun dünyanın bütün dövlət başçılarına bu haqda müraciət edərək xahiş edib ki, Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasına kömək göstərsinlər. Son məlumata görə 100-dən çöx ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2010-cu ildə Azərbaycanda statistikanın təşkilindən 164 il keçir və rəsmi statistikanın 90 yaşı tamam olur. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunub. Azərbaycanda statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilib. Bu, hər şeydən əvvəl, ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistik məlumatların vaxtında yığılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılmasından ibarət olub. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.
URL / WWW
http://kelam.az/article/a-2228.html