Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK Bakı, Gəncə və Naxçıvanda elmi-metodiki seminar təşkil edəcək
21.10.10 03:04

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək məqsədi ilə elmi-metodiki seminarlar təşkil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Seminarların ilk təşkilati iclası TQDK-nın regional bölmələri ilə birlikdə 26 oktyabr tarixində internet vasitəsi ilə keçiriləcək. Seminar iclasa xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrinin nümayəndələri dəvət edilir. İnternet bağlantısı istifadə olunmaqla iclas Bakıda, TQDK-nın akt zalında, Gəncə şəhərində TQDK-nın regional bölməsində və Naxçıan şəhərində TQDK-nın regional bölməsində təşkil olunacaq.
URL / WWW
http://kelam.az/article/a-2227.html