Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Dövlət qulluğuna qəbulla bağlı test imtahanı başa çatıb
20.10.10 20:04

Oktyabrın 11-dən 19-na kimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanı üzrə 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı keçirilib. DQMK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılıb: 1. dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;2. qanunvericilik sahəsində - 40 test tapşırığı; 3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı; 4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı. Müsabiqədə iştirak etmək üçün Komissiyada 143 qadın, 488 kişi olmaqla 631 namizəd qeydə alınıb. Onlardan 167 nəfəri qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Namizədlərdən 80 nəfəri test imtahanında iştirak etməyib. Bunlardan 46 nəfəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və 27 nəfəri Sənaye və Energetika Nazirliyi üzrə qeydə alınmış namizədlərdir. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti üzrə qeydə alınmış 5 namizəddən heç biri test imtahanından keçə bilməyib. Test imtahanında uğur əldə edən namizədlərlə müsahibələr yaxın günlərdə başlayacaq. Qeyd edək ki, imtahanlar Test imtahanı Komissiyasının “Test imtahanı mərkəzində” keçirilib.
URL / WWW
http://kelam.az/article/a-2226.html