Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Almaniya Bundestaqının üzvləri Bakıda səfərdədir
20.10.10 20:04

Almaniya Bundestaqının üzvü Ştefan-Klaudio Lemmenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Almaniyanın Azərbaycandakı səfirliyindən veriblər. Səfər çərçivəsində nümayəndə heyəti sabah Milli Məclisin sədr müavini Valeh Ələsgərov və Milli Məclisin Azərbaycan-Almaniya dostluq qrupunun üzvləri ilə görüşəcək. Görüş zamanı Bundestaq tərəfindən keçirilən “Beynəlxalq parlament təqaüdü” proqramında iştirak etmək üçün Azərbaycan tələbələrinin seçimi müzakirə olunacaq. Oktyabrın 22-də “Odlar Yurdu” universitetində nümayəndə heyətinin alman dilini öyrənən tələbələrlə görüşü keçiriləcək.Qeyd edək ki, “Beynəlxalq parlament təqaüdü” proqramı çərçivəsində 28 ölkədən 120 təqaüdçü gələn il martın 1-dən iyulun 31-nə kimi Almaniya parlamenti ilə tanışlıq imkanı əldə edəcək. Proqramın məqsədi siyasi prosesləri öyrənmək və bu proseslərin birbaşa iştirakçısı olmaq, siyasi qərarların hazırlanmasında və qəbul edilməsində iştirak etməkdir.
URL / WWW
http://kelam.az/article/a-2224.html