Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-da “Regional kontekstdə qlobal çağırışlar” mövzusunda Dəyirmi masa keçiriləcək
20.10.10 20:04

Oktyabrın 22-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Regional kontekstdə qlobal çağırışlar” mövzusunda Dəyirmi masa keçiriləcək. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə Pakistanın Preston Universitetinin prezidenti və rektoru, Qədi-l-azam İslamabad Universitetinin professoru Abdul Basit "Cənubi Qafqaz və Azərbaycanla əlaqəli olan beynəlxalq inkişaf məsələləri", Avstriyanın İnsbruk Universitetinin Siyasi Fəlsəfə bölməsinin müdiri və professoru, eyni zamanda Beynəlxalq Fəlsəfə Akademiyasının vitse-prezidenti Hans Köhler (Hans Koechler) "Cənubi Qafqaz: Münaqişələrin geosiyasəti və onların regional əməkdaşlığa təsiri", Buxarest Siyasi və İnzibati Araşdırmalar üzrə Milli Məktəbin professoru həmçinin Münaqişənin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Çifu (İulian Chifu) "Beynəlxalq münasibətlər sisteminin müasir təkamülü ilə bağlı Mərkəzi və Şərqi Avropada maraqlar", Hollandiyanın Haaqadaki Beynəlxalq Münasibətlər üzrə "Klingendal" Universitetinin NATO, Avropa İttifaqı, MDB ölkələrin və Rusiya, Hollandiyanın təhlükəsizlik siyasəti məsələləri üzrə böyük elmi işçisi, polkovnik-leytenant Marsel De Haas "Cənubi Qafqazda geostrategiya: enerji və təhlükəsizlik məsələləri", Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Rəşad Kərimov "İranın Ballistik Raketləri: NATO-nun Sammiti üçün ideyalar", Dubayda (BƏƏ) yerləşən Orta Şərq və Fars Körfəzi Hərbi-Analitik İnstitutunun araşdırma və inkişaf bölməsinin (INEGMA) direktoru Teodor Karasik "Transmilli-Transregional əlaqələr: Cənubi Qafqazın bugünkü və gələcək əhəmiyyətinin səbəbləri", Türkiyənin Orta Şərq Texniki Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekan müavini və professoru Oktay Tanrısevər "Türkiyənin Qara dəniz regionunun iqtisadi integrasiyasında artan rolu", Ukrayna Xarici İşlər Nazirliyi nəzdində Diplomatik Akademiyanın Qlobal və Regional Sistemlər fakültəsinin dekanı, professor Sergiy Şergin "Ukraynanın Qlobal və regional proseslərə cəlb olunması" adlı mövzular üzrə, həmçinin Gürcüstanın Dövlət İdarəçilik İnstitutunun Yerli özünüidarəetmə Mərkəzinin rəhbəri Elizabed Sopromadze və Gürcüstanın Dovlət İdarəçilik İnstitutunun İdarəçilik fakültəsinin dekanı Marina İoseliani də məruzələrlə çıxış edəcəklər. Dəyirmi masa oktyabrın 22-23-də Bakıda keçiriləcək Beynəlxalq Münasibətlər üzrə Alimlərin I İllik Simpoziumunun panel mövzularından biridir.
URL / WWW
http://kelam.az/article/a-2223.html