Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycana rəsmi səfərə gəlib
20.10.10 20:04

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Britaniya parlamentinin üzvü Devid Lidinqton Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən veriblər. D.Lidinqtonu iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edir. Oktyabrın 22-dək davam edəcək səfər zamanı D.Lidinqton Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, xarici işlər, iqtisadi inkişaf, nəqliyyat nazirləri, Azərbaycanın tanınmış iş adamları ilə görüşəcək. D. Lidinqton Azərbaycan Dillər Universitetində “Azərbaycan və onun Avropada rolu” adlı məruzə ilə çıxış edəcək, müəllim və tələbələrin suallarını cavablandıracaq. Qeyd edək ki, səfərin məqsədi ikitərəfli əlaqələrin gücləndirilməsi, Britaniya və Azərbaycan iş adamları ünsiyyət qurulması, birgə fəaliyyət imkanlarının öyrənilməsidir.
URL / WWW
http://kelam.az/article/a-2222.html