Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » M.Əhmədoğlu: “Almaniya Ermənistanla Azərbaycan arasında konfliktogenliyi mümkün qədər azaltmağa çalışır”
21.10.10 03:04

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” adlı növbəti Dəyirmi masa keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə M.Əhəmədoğlu ilk növbədə Qarabağ problemi ilə bağlı Qərbin münasibətini şərh edib. Onun sözlərinə görə, hazırkı məqamda Avropa Birliyinə (Aİ) həmsdər keçən Almaniyanın Cənubi Qafqaz regionunda baxışları digər qərb ölkələrindən fərqlənir. Almanlar Dağlıq Qarabağla bağlı çalışırlar ki, Ermənistanla Azərbaycan arasında konfliktogenliyi mümkün qədər azaltsınlar. “Bu konfliktogenliyi azaltmaq üçün Almaniya Ermənistanla müəyyən işlər aparır. Məhz bu məqamdan irəli gələrək Ermənistanda müəyyən mətbuat orqanları yaranır ki, onlar Azərbaycanda yumşaq danışan şəxslərlə təmasa keçirlər. Elə bunun davamı olaraq Almaniyanın Potsdam şəhərində Azərbaycan və Ermənistan da daxil olmaqla liberal partiyaların sənədi imzalandı. Bu da o deməkdir ki, Aİ Almaniyanı həmsədrliyə gətirməklə Ermənistanda və Azərbaycanda rəsmi mövqeyə nativ nisbətən yumşaq bir mövqelər də ortaya gətirmiş oldu”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2221.html