Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azad Rəhimov Meksikada Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Baş Assambleyasında iştirak edir
20.10.10 20:04

Meksikanın Akapulko şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Baş Assambleyasına start verilib. Assambleyada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə təmsil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Assambleya əsnasında milli olimpiya komitələri və hökumətlər arasında razılaşma, dopinqə qarşı mübarizə, peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, qadın, idman və sosial İnkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzuların müzakirəsi nəzərdə tutulub. Dünyanın bütün ölkələrinin idmana məsul nazirlərinin iştirak edəcəyi assambleyada gənclər və idman naziri Azad Rəhimovun Meksikanın, o cümlədən digər ölkələrin mötəbər şəxsləri ilə görüşləri planlaşdırılır. Tədbir 24 oktyabr tarixinədək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-2220.html