Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Fransa və Almaniya Rusiya-NATO gərginliyini azaltmağa cəhd edir
19.10.10 19:23

Bu gündən etibarən Fransa, Almaniya və Rusiya prezidentləri NATO-nun Avropada yerləşdirmək istədiyi raketlərdən müdafiə sistemi ilə bağlı Fransanın şimalında Normandiyada müzakirələrə başlayıblar. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, Deauville şəhərciyində keçirilən zirvə görüşündə Fransa prezidenti Nikola Sarkozi, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Dmitri Medvedev iştirak edirlər. Görüşdə liderlər ümumi mövqeyi müzakirə edirlər. Qeyd olunur ki, toplantı, raketlərdən müdafiə planının miqyası və məqsədləri ətrafında fikir ayrılıqlarına görə gərginləşmiş NATO-Rusiya münasibətlərini tənzimləmək üçün bir imkandır.
URL / WWW
http://kelam.az/article/a-2218.html