Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » C.Nuriyev: “Azərbaycanda müxalifət əvəzinə xaricdən sifariş alan qruplaşmalar var”
19.10.10 19:23

Hazırda Azərbaycanda müxalifət əvəzinə açıq-aydın xaricdən sifarişlə işləyən bir qrup təşkilatlar var. Məsələn, AXCP və Müsavat blokunda birləşən qruplaşma və s. Bu barədə açıqlamanı KƏLAMİNFO-a müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. O, qeyd edir ki, bu fikirə gəlməsi bizdəki partiyaların fəaliyyətinin bir çox dünya ölkələrindəki müxalifət partiyalarının fəaliyyətindən fərqli olmasından irəli gəlir. “Müxalifət odur ki, öz xalqının mənafeyindən çıxış edərək iqtidarın görə bilmədiyini görüb və onun həlli yollarını təklif edənlərdir. Lakin, mən prosesləri yaxından izləyən bir şəxs kimi indiyədək belə bir təkliflə rastlaşmamışam. İndi onların yeganə cəhdi də odur ki, seçkiqabağı istənilən yola gedib iqtidara təzyiq göstərərək parlamentdə mümkün qədər çox yer qopartsınlar. Ən bağışlanmazı da odur ki, özləri sağçı olaraq solçu partiyalarla, özü də düşmən ölkəyə məxsus və Azərbaycan qanına əli bulaşmış Daşnak partiyası ilə beynəlxalq miqyasda əməkdaşlığa gediblər. İndi, bu qədər siyasi savadsızlığı olan partiyalara necə normal müxalifət demək olar?”,-deyə politoloq fikrini açıqlayıb. C.Nuriyev qeyd edir ki, ümumiyyətlə bu partiyaların son fəaliyyətlərinə ciddi yanaşsaq burada kifayət qədər cinayət əməli var. “Hakimiyyətə gəlmək üçün, xarici sifarişlərə görə, millətinin və dövlətinin mənaefiyini qurban vermək indiki qanunuverciliyimizdə ən ağır cinayətdir. Bəlkə, bu ifadələrimə görə müxalifət car çəkəcək ki, mən iqtidarın öyrədilməsilə danışıram. Səmimi olaraq deyirəm ki, bu mənim ən azı bir vətəndaş kimi öz müşahidələrimlə çıxardığım nəticədir. İndi bu partiyalar özlərini xarici ölkələrin Azərbaycanda ərköyün övladları kimi aparırlar”,-deyə politoloq əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2217.html