Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MŞ sədri Ə. Amaşov Türkiyəyə gedir
20.10.10 03:23

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq. MŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbir oktyabrın 20-dən 23-dək Türkiyənin Kayseri şəhərində keçiriləcək. MŞ sədri toplantıda Azərbaycan mətbuatının tarixi və bu günkü durumu, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edəcək. Ə.Amaşovey səfər çərçivəsində Kayseridə ermənilərin azərbaycanlılara qarşı soyqımı ilə bağlı təşkil olunacaq sərgidə iştirakı da nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycandan Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq nümayəndə heyətinin tərkibinə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı daxildir.
URL / WWW
http://kelam.az/article/a-2216.html