Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Akademik Qərib Məmmədovun yeni kitabı işıq üzü görüb
20.10.10 03:23

Akademik Qərib Məmmədov, Mahmud Xəlilov və Sara Məmmədovanın həmmüəllifi olduqları “Aqroekologiya” adlı dərslik çap edilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, kitabda aqroekologiyanın əsas məsələləri – biosfer, populyasiya, biosenoz, aqroekosistem haqqında məlumatlar və texnogenez şəraitdə torpaq-biotik kompleksində onların funksional qanunauyğunluqları şərh olunub. Dərslikdə əkinçiliyin nativ sistemi və onun ekoloji əhəmiyyəti, vermikultra, biohumusun hazırlanması və tətbiqinin ekoloji aspektləri, seliteb ərazilərin ekologiyası, ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı məsələləri təhlil olunur. İntensiv aqrar istehsalı şəraitində suyun biogen çirklənməsi, kənd təsərrüfatında kimyalaşdırma, suvarma, mexanikləşdirmənin ekoloji problemləri, radioekologiyası, aqroekoloji monitorinq, həmçinin landşaftların optimallaşdırılması məsələləri müzakirə olunub. Qeyd edək ki, elmi redaktoru Q. Məmmədov olan dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan ali məktəb tələbələri, həmçinin kənd təsərrüfatı və təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizə məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-2215.html