Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Cənubi Afrikada keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcək
20.10.10 02:23

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Cənubi Afrikanın Keyp-Taun şəhərində keçiriləcək CODATA Beynəlxalq qurumunun “Cəmiyyət üçün elmi informasiya: Bu gündən gələcəyə” mövzusu üzrə 22-ci Elmi konfransında iştirak edəcək. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 24-27 oktyabr tarixlərdə keçiriləcək konfransda e-elm, qrid texnologiyaları, elmi məlumatların mübadiləsi, paylanması, sosial şəbəkələr və digər mövzularda müzakirələr aparılacaq. Tədbirdə R.Əliquliyev “Azərbaycanda elektron-elm: mövcud vəziyyət və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış edəcək. Alim ölkəmizdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq intellektual mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədlərinə xidmət edən “Elektron elm” proqramı çərçivəsində həyata keçirilən işlər, AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmalar, əldə olunan nəticələr, problemlər və onların həlli yolları, perspektivlər haqqında geniş məlumat verəcək. Qeyd edək ki, e-elm problemləri ilə məşğul olan CODATA (Committee on Data for Science and Technology) 1966-cı ildə təsis edilib.
URL / WWW
http://kelam.az/article/a-2214.html