Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BSU-nun gənc alimi Türkiyədə keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcək
19.10.10 19:23

Bakı Slavyan Universitetinin gənc alimi, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi, fəlsəfə elmləri doktoru Əhməd Şahidov oktyabrın 20-24-də Türkiyənin Çanaqqala şəhərində keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ə.Şahidov özü verib. O, qeyd edib ki, həmin tədbir məhz universitetlərə həsr olunub. Onun sözlərinə görə, Türkiyənin “Çanaqqala On Səkkiz Mart Universiteti” tərəfindən təşkil olunmuş “Küresel sorunlar çerçevesinde üniversitelerin yeni hedef ve görevleri neler olmalıdır?” adlı Dünya Universitetlər Konqresində çıxış etmək üçün hazırladığı məruzə məhz beynəlxalq terrorla birgə mübarizədə intellektual metodların tətbiqini özündə əks edir: “Çanaqqala Universitetində keçiriləcək beynəlxalq elmi konfrans ingilis dilində keçiriləcək və bura dünyanın bir çox ölkələrindən alim və mütəxəssislər təşrif buyuracaqlar. Universitetlərlə bağlı müxtəlif qlobal mövzularda ediləcək çıxışlarda beynəlxalq terrorla bağlı bölmə yer alıb”,-deyə Ə.Şahidov bildirib. Gənc alim həmçinin əlavə edib ki, üzərində çalışdığı doktorluq işi məhz “Türk dövlətlərinin təhlükəsizlik problemləri”nə həsr olunub.
URL / WWW
http://kelam.az/article/a-2213.html