Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yola düşüb
18.10.10 18:08

Türk Asiya Strateji Araşdırmalar mərkəzinin (TASAN) təşkilatçılığı ilə 20-23 oktyabr tarixlərində İstanbulda Dünya Türk Forumu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TÜRKPA-dan veriblər. Forumda 60 ölkədən Türk Diasporlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Forumun işində iştirak etmək məqsədilə TÜRKPA-nın Baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yola düşüb. Forumun açılış mərasimində Türkiyənin Baş naziri R.T.Ərdoğanın, Türk Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi səfir Halil Akıncının, Türkiyə Prezident Administrasiyasının Baş katibi Mustafa İsenin iştirakı və çıxışları nəzərdə tutulur. TÜRKPA-nın Baş katibi R. Həsənov da forumun açılışında çıxış edəcək.
URL / WWW
http://kelam.az/article/a-2207.html