Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası” keçiriləcək
18.10.10 18:08

Oktyabrın 24-29-u tarixlərində “AF Hotel-Aqua Park” ailəvi əyləncə kompleksində Gənclər və İdman Nazirliyi, AMEA Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA İnformasiya Texnologiyaları İnstitutundan veriblər. Yarmarkada AMEA institutlarında, eləcə də ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar iştirak edəcəklər. Tədbirdə “Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intelllektual potensialın stimullaşdırılması və təkrar istehsalı” mövzusunda konfrans, “Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri” adlı gənc alim və tədqiqatçıların workshop-u keçiriləcək. Yarmarkada “Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları” və “Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya mübadiləsi işinin təşkili” mövzusunda seminarlar da təşkil olunacaq. “Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları” mövzusunda keçiriləcək Dəyirmi masada gənc alimlər innovativ ideyaların iqtisadiyyata müsbət təsirindən söhbət açacaqlar. Tədbirdə, həmçinin “Bilik iqtisadiyyatına doğru!” – Ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata tətbiq imkanlarını artırmaq məqsədilə gənc alim və tədqiqatçılar arasında I Biznes Planlar Müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur. Sonda yüksək intellekt və bacarıq nümayiş etdirən gənclər qalib seçilərək mükafatlandırılacaqlar.
URL / WWW
http://kelam.az/article/a-2204.html