Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-yə 40 014 müraciət ünvanlanıb
19.10.10 02:08

Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") ümumilikdə 40 014 müraciət ünvanlanıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məluymata görə, aparılan araşdırmalara əsasən, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Sorğu və müraciətlərin 52%-i canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 48%-i isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib. Hesabat dövründə “190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 48,8%-i (10 161) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 25,4%-ni (5297) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 25,8%-i (5377) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.Müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə olunub. Qeyd edək ki, telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici videorolik DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilib. Məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılır.
URL / WWW
http://kelam.az/article/a-2201.html