Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “ELS” ölkənin 34 rayonunda intervüerlər üçün təlimləri başa çatdırıb
15.10.10 19:18

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 7-də Milli Məclisə 4-cü çağırışla bağlı keçiriləcək seçkilərdə “Ekzitpol” tədqiqatını reallaşdırmaq məqsədilə cari il oktyabrın 8-dən başlayaraq respublikanın bir sıra rayonlarında təlimlərə start verib. KƏLAMİNFO xəbər verir ki, Araşdırmalar Mərkəzi Azərbaycanın 34 rayonunda Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Şirvan və digər bölgələrdə intervüerlər üçün təlimləri başa çatdırıb. Təlimlər zamanı intervüerlərə “ekzitpol” tədqiqatı apararkən görüləcək işlər, tədqiqatın mövcud qaydaları, eyni zamanda informasiya kommunikasiya texnalogiyalarından istifadə, məlumatların ötürülməsi kimi qaydalar ziah olunub.Eyni zamanda seçki günü “ekzitpol” tədqiqatında iştirak edəcək supervayzerlər də təlimlərə qatılıb və onlara fəaliyyət istiqamətləri barədə məlumat verilib. Mərkəz tərəfindən keçirilən təlimlər respublikanın digər rayonlarında da davam etdiriləcək. Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən ehtibarən Azərbaycanda keçirilən seçkilərdə “ekzitpol” tədqiqatını həyata keçirir. Xatırladaq ki, Mərkəzin “ekzitpol” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, təşkilat Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-2200.html