Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
07.11.09 03:48

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Coğrafiya” fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Gündəlik məsələ, 2009-cu il ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında “Coğrafiya” fənnindən istifadə olunmuş test tapşırıqlarının (A variantı 85-100) elmi-metodik və statistik təhlili olub. Çıxışlarda qeyd olunub ki, abituriyentlərə təqdim edilmiş test blokunda “Coğrafiya” fənninə kompleks yanaşılıb, onun müxtəlif aspektlərinə, mövzuların yeni, aktual istiqamətlərinə diqqət verilib. Abituriyentlərin müxtəlif relevantlıq kateqoriyaları üzrə baza biliklərinə uyğun bilik və bacarıqları yoxlanılıb. Müzakirələr göstərib ki, təklif olunan test blokundakı test tapşırıqları “Qəbul Proqramı” və orta məktəb dərslikləri əsasında tərtib edilib, elmi - metodiki xətalara yol verilməyib. Test tapşırıqları abituriyentlərin hazırlıq səviyyələrini obyektiv qiymətləndirməyə imkan verib.
URL / WWW
http://kelam.az/article/a-220.html