Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Kitab Klubunda 2 kitabın təqdimatı keçiriləcək
16.10.10 02:18

Sabah Kitab Klubunun sərgi salonunda Rövşən Yerfinin “Qadın düşərgəsi” və “Günahsız qatil” kitablarının təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kitab Klubundan veriblər. “Qadın düşərgəsi” kitabında islah-əmək düşərgəsinə düşən qadınların taleyindən, düşərgələrdəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir. Povestlərin bu mövzuda yazılan digər əsərlərdən bir fərqi də onların xidmət əməkdaşı tərəfindən qələmə alınmasıdır. “Günahsız qatil” kitabında isə qadın səadəti, qadının o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması, sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi, nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsindən bəhs edilir.
URL / WWW
http://kelam.az/article/a-2198.html