Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Veronika Kotek: “Seçkilərlə bağlı AŞPA müşahidə missiyasının aralıq hesabatı olmayacaq”
15.10.10 19:27

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı missiyası oktyabrın 19-21-də Bakıda olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib. Onun sözlərinə görə, missiyaya AŞPA-nın 5 üzvü daxildir və onlar da müxtəlif siyasi partiya qruplarını təmsil edirlər “Səsverməni müşahidə edəcək missiyaya isə 30-dək AŞPA üzvü daxil olacaq. Onlar Azərbaycana səsvermə günündən bir neçə gün əvvəl gələcək, eyni formatda görüşlər keçirəcək, seçki günü həm Bakıda, həm də regionlarda səsverməni izləyəcəklər. Seçki gününün ertəsi isə beynəlxalq müşahidənin nəticələrini açıqlamaq üçün mətbuat konfransı keçiriləcək”,-deyən V.Kotek seçkilərlə bağlı AŞPA müşahidə missiyasının aralıq hesabatının olmayacağını söyləyib. Onun sözələrin görə sçkiqabağı missiya səfərin yekunlarına dair yalnız mətbuat konfransı keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-2196.html