Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Niderlandda üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olan poçt markaları dövriyyəyə buraxılıb
15.10.10 19:15

Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəxri sədri Sahil Qasımovun təşəbbüsü və təklifi ilə qurumun sifarişi əsasında ölkənin rabitə nazirliyi rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olunduğu poçt markalarını dövriyyəyə buraxıb. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) KƏLAMİNFO-ya verilən məlumata görə, markaların üzərində emblemanın təsviri ilə yanaşı ingilis dilində” Heydar Aliyev Foundation” sözləri yazılıb. Zərflərin üzərinə yapışdırılması nəzərdə tutulan bu markalı məktublar bütün Avropa ölkələrinə yayılacaq. Azərbaycanın Niderland Krallığındakı səfirliyi də yeni markanın buraxılması ilə bağlı öz tövsiyələrini verib. Yaxın vaxtlarda yeni markanın təqdimatının keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Azərbaycanla bağlı həqiqətləri Avropada yaymaqda xüsusi rolu olan Heydər Əliyev Fondu ilə Hollandiya vətəndaşlarını hərtərəfli məlumatlandıran BAK arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşıq fondun Hollandiyada yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil alması məqsədilə Amsterdam və Rotterdam şəhərlərində açılan həftə sonu məktəblərini dərslik və dərs ləvazimatları ilə təmin etməsindən, onlara hərtərəfli qayğı göstərməsindən başlayıb. Bundan əlavə, fond BAK-ı Azərbaycan həqiqətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən kitablar, broşurlar və digər əyani vəsaitlərlə təmin edib.
URL / WWW
http://kelam.az/article/a-2193.html