Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda III Beynəlxalq konfrans keçirilir
15.10.10 19:15

Bu gün Bakıda Təhsil, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri, Türkiyə Cümhuriyyəti Baş nazirliyi, Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başqanlığı (TİKA) Bakı Koordinatorluğu, Azərbaycan-Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TUSİAB), Türkiyə İsrafi Önləmə Vəqfi, TROY, Azərbaycan Dövlət İqtisad və Qafqaz universitetlərinin birgə təşkilatçılığı ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda III Beynəlxalq konfrans işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən konfransda çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı tərəfindən 2003 və 2007-ci illərdə sözügdən mövzuda konfrans təşkil edilib. Konfransda dünyanın 12 ölkəsindən alimlərin iştirak etdiyini diqqətə çatdıran A.Saniç qeyd edib ki, toplantıda əsasən maliyyə və iqtisadi böhran, onun fəsadları, böhrandan sonrakı vəziyyət, gələcək perspektivlər və digər mövzularda məruzələr dinləniləcək. Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə toxunan A.Saniç bildirib ki, bu bölgədə Azərbaycanın iştirakı ilə bir sıra uğurlu iri layihələr həyata keçirilib. Azərbaycanda keçid dövrünün başa çatdığını xatırladan rektor bölgədə Azərbaycanın böyük nüfuza malik olduğunu vurğulayıb. Mərmərə Uinversitetinin rektoru Hasan Selçuq, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov və digər çıxışçılar mövzu ilə bağlı fikirlərni bildirdilər. Qeyd edək ki, konfransa 170-ə yaxın məruzə təqdim olunub. Məruzələrin yarısı 12 xarici ölkə alimləri tərəfindən təqdim olunub. Konfrans sabah Qafqaz Universitetində bir sıra mövzularda xüsusi seksiyalar üzrə öz işini davam etdirəcək.
URL / WWW
http://kelam.az/article/a-2192.html