Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: “Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər”
16.10.10 03:15

Prezident İlham Əliyev Azərbaycan millisinin futbol üzrə Avro 2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Türkiyə üzərində qazandığı qələbəyə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, prezident Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə idmanın, o cümlədən futbolun inkişafından danışıb. “Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gənc komandadır və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Srağagünkü qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaq. Mən əminəm ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaq. Buna vaxt və səbir lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər”,-deyə preziden vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2190.html