Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə: “Azərbaycanda vicdan azadlığı, dini etiqad azadlığı, dini tolerantlıq mövcuddur”
06.11.09 03:55

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və Şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətilə keçiriləcək konfransda iştirak etmək üçün Bakıya gələn qonaqlar bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Belarus patriarxı Filaret və digər şəxslər ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə əklillər qoyublar. Sonra A.Paşazadə, H.Orucov və qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçən vətən övladlarının xatirəsini yad ediblər. A. Paşazadə jurnalistlərə müsahibəsində bildirib ki, yubiley tədbirləri çərçivəsində sabah “Gülüstan” sarayında dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bütün Qafqazın Şeyxi konfransın noyabrın 7-də Təzə Pir məscidində davam etdiriləcəyini söyləyib. “Azərbaycanın seçilməsi Azərbaycanın tolerant ölkə olmasını göstərir. Bu bir daha onu göstərir ki, Azərbaycanda vicdan azadlığı, dini etiqad azadlığı, dini tolerantlıq mövcuddur”.-deyə A.Paşazadə vurğulayıb. Belarus patriarxı Filaret isə Azərbaycana gəlməkdən məmnunluq duyduğunu deyib, A. Paşazadənin yubileyi ilə bağlı keçirilən tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-219.html