Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-nun alimləri Moskvada keçirilən V Elm Festivalında iştirak edib
15.10.10 02:27

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fundamental kitabxanası nəzdindəki İntellektual Mərkəzdə MDB ölkələrinin iştirakı ilə V Elm Festivalı keçirilib. Festivalda Rusiya, Ukrayna, Belarus, Azərbaycan və digər ölkələrdən olan nümayəndələr iştirak ediblər. Tədbirdə Bakı Dövlət Universitetini (BDU) elmi-tədqiqat hissəsinin rəisi İradə Əliyeva, kimya fakültəsinin dekan müavini dos. Namiq Şıxəliyev və Fizika problemləri İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov təmsil ediblər. Universitetdən KƏLAMİNFO-ya verilən məlumata görə, fundamental kitabxananın sərgi salonunda BDU alimlərinin nanotexnologiyalar, nəzəri fizika, maye kristalların fiziki kimaysı, geologiya, coğrafiya sahəsində ən mühüm nailiyyətləri nümayiş etdirilib. Bundan əlavə, stendlərdə BDU haqqında informasiya da verilib.
URL / WWW
http://kelam.az/article/a-2187.html